Bir neçə gün əvvəl koronavirusa yoluxma sayında azalma müşahidə olunsa da, son günlər yenidən artım qeydə alınır. Bəs, bunun səbəbi nədir?
ONN media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev yoluxma sayını artmasını tətbiq olunan yumşalmalarla əlaqələndirib: “Yoluxma sayının artması yumşalmaların nəticəsidir. Yumşalma və insanların qaydalara eməl etməməsi fonunda virusa yoluxmada artmanın olması normaldır”. V. Əliyev sözlərinə görə, yoluxma artarsa yenidən karantin qaydaları sərtləşdirilə bilər: “Yoluxma halları bundan sonra da uzun müddət davam edəcək. Ancaq yoluxma nəzarət altında olarsa, ciddi problem yaşanmayacaq. Lakin yoluxma halları artıb nəzarətdən çıxarsa, karantin qaydalarının yenidən sərtləşdirilməsi haqda düşünülə bilər”. Millət vəkili Fəzail Ağamalı bildirib ki, yoluxmanın artmasının səbəbi insanların qaydalara əməl etmək istəməməsidir: “İnsanlar qaydalara əməl etmək istəmir. Qaydalara əməl etmək bu qədər çətindir?! Nə vaxta kimi yumşalma və sərtləşmə olacaq?! Hər birimiz hazırki vəiyyətdən yorulmuşuq. İnsanlarımız artıq məsuliyyətli olmağı öyrənməlidir. Bu istiqamətdə təbliğat güclənməli, insanlar arasında marifləndirmə işləri aparılmalıdır. Təkcə sərt karantin tətbiq etməklə, insanları evə salmaqla nəyəsə nail olmaq olmaz. Ciddi marifləndirmə işlərinə ehtiyac var. Bu belə davam edə bilməz”.Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...



TƏBİB -dən QORXULU PROQNOZ: "Yoluxma sayı yaydakını ötə bilər”
Karantin ləğv edilə bilər - Açıqlama
Karantin rejimi yenidən sərtləşdirilə bilər - RƏSMİ
SON DƏQİQƏ: Karantin rejimi daha da sərtləşdirilə bilər - RƏSMİ
TƏBİB-dən XƏBƏRDARLIQ: Qaydalar sərtləşdirilə bilər - SON DƏQİQƏ
Əhaliyə MÜRACİƏT EDİLDİ: Azərbaycanda sərt karantin gəlir...
TƏBİB rəsmisindən xəbərdarlıq: “Karantin sərtləşdirilə bilər” – VİDEO
Delta ştammı tapıldı, yoluxma artır: toy qadağası gəlir?
Payızda yenidən karantin olacaq?
Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda koronavirusa yoluxmanın pik həddi başa çatıb? - RƏSMİ
Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 