Müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər cəmiyyətə müraciət etdilər Prezident İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama əsasən çağırışçıların müəyyən edilmiş plan əsasında xidmət yerlərinə göndərilməsi davam etdirilir. ONN media xəbər verir ki, qrafikə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində çağırışçılar təyin olunduqları qoşun növləri üzrə xidmət edəcəkləri hərbi hissələrə yola salınırlar. Gənclər müzəffər ordumuzun sıralarında xidmətə yola düşmələrindən şərəf duyduqlarını, hərbi xidmət dövründə nizam-intizamlı və ayıq-sayıq olacaqlarını, hərbi texnikanın sirlərinə mükəmməl yiyələnəcəklərini, Azərbaycan əsgəri adını uca tutacaqlarını qürurla ifadə edirlər. Sumqayıt şəhərindən, Bakının Binəqədi və Nizami rayonlarından olan çağırışçılar cəmiyyətə müraciət edərək respublikamızda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması üçün xüsusi karantin rejiminin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə və TƏBİB-in müvafiq təlimatlarına riayət edilməsinin vacibliyini bildirdilər. Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVİD-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırdılar. Vurğuladılar ki, “bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır. Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq.” Qeyd edək ki, oktyabr ayı ərzində xidmətə yollanan gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara hərbi xidmətlərində uğurlar arzulayır!
Hərbi xidmətə çağırılan gənclərdən cəmiyyətə MÜRACİƏT



Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması davam edir
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış başladı
Səfərbərlik xidməti çağırışçılara müraciət etdi: İyunun 25-30-da...
Çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola salınırlar
Bu gündən hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı
Hərbi xidmətə başlayacaq çağırışçılara sms göndərildi
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Azərbaycanda hərbi xidmətə çağırış başlayıb
Çağırışçılar xidmət yerləri ilə bağlı məlumatlandırıldı
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 