Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb. Bu barədə ONN media -ya Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib: “Oktyabrın 24-də səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Goranboy və Tərtər rayonları raket və ağır artilleriyadan atəşə tutulub. Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub. Belə ki, həmin raketlərdən biri Orxanın yaşadığı həyətə düşüb. Orxan rayonun Xoruzlu kənd tam orta məktəbində 10-cu sinifdə təhsil alırdı. Həmçinin, oktyabrın 17-də düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimir oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Artur Gəncə şəhəri K.D.Uşinski adına 29 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi idi. Allahdan şagirdlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk!”
Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb - RƏSMİ



Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu - NAZİR
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
Erməni terroru nəticəsində daha bir məktəbli həlak oldu
Erməni terroru nəticəsində həlak olan 7 yaşlı Aysun dəfn edildi
Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ
Bərdə terrorunda yaralanan şəxs dünyasını dəyişdi
Ermənistan yenidən mülki insanları hədəf aldı - ÖLƏNLƏR VAR
Ermənilərin Bərdəni ağır artilleriyadan atəşə tutmasından bir il ötür
Ölənlərin arasında FHN-in əməkdaşı da var
Bayramov: "Bərdəyə raket hücumunun günahkarları məsuliyyətə cəlb edilməlidir"
Ermənistan Tərtəri atəşə tutdu - Ölən var
Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 