"Bərdədə dinc əhaliyə qarşı hərbi cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir".
ONN media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter səhifəsində yazıb.
“2020-ci il oktyabrın 27-28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayan dinc əhaliyə qarşı xaincəsinə raket hücumları edilmiş, azərbaycanlı mülki əhali qətlə yetirilmişdir. Faciə qurbanlarını dərin hüznlə yad edirik! Bu cinayətin günahkarları məsuliyyətə cəlb edilməlidir!” – XİN rəhbərinin paylaşımında deyilir.
Xatırladaq ki, ötən ilin bu günü Ermənistan Silahlı Qüvvələri Bərdə şəhərini raket atəşinə tutub. 2020-ci il oktyabrın 27-də düşmən hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən Bərdə rayonunun Qarayusifli kəndi “Smerç” raketlərinə məruz qalıb.
Hadisə nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub, 14 nəfər yaralanıb.
Raket hücumu nəticəsində bir neçə yaşayış evi tamamilə dağıdılıb, sakinlərə ciddi ziyan dəyib.
Bərdə rayonu və şəhər mərkəzi Ermənistan Silahlı Qüvvələri tərəfindən 3 dəfə (5,27 və 28 oktyabr tarixlərində) raket və ağır artilleriya atəşinə məruz qalıb.



Bərdə terrorundan 2 il ötdü
Ermənistan Bərdəyə raket atdı: ÖLƏNLƏR VAR
Ceyhun Bayramov Bərdə terroru ilə bağlı paylaşım etdi
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı MƏLUMAT YAYDI
Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışdı
XİN-dən Bərdə terroru ilə bağlı açıqlama yaydı
Erməni terroru nəticəsində həlak olan 7 yaşlı Aysun dəfn edildi
Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu
Bayramov Zəriflə telefonla danışdı
Gəncədə ölənlərin sayı 13-ə çatdı, 40-dan çox yaralı var
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 