Oktyabrın 25-də saat 16 radələrində Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü Mustafayev İsa Göyalı oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluqdan ONN media -ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1947-ci il təvəllüdlü Rüstəmov Hüseyn Novruz oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hüseyn Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Şəmkirdə 83 yaşlı kişi QƏTLƏ YETİRİLDİ



Bakıda qısqanc ərdən DƏHŞƏTLİ ƏMƏL - 29 yaşlı arvadını...
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Azərbaycanda qonşular arasında QANLI CİNAYƏT
Azərbaycanda daha bir QADIN CİNAYƏTİ - Evin yaxınlığında öldürdülər
Bakıdakı dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Qardaş qardaşın qanını tökdü - AZƏRBAYCANDA ŞOK
Azərbaycanda gənc qızdan DƏHŞƏTLİ ƏMƏL
Bakıda çayxanada dəhşətli cinayət - ANASINI ÖLDÜRDÜ
Azərbaycanda daha bir QADIN CİNAYƏTİ: Amansızlıqla öldürüldü
Azərbaycanda silahlı insident: Qohumunu güllələyərək öldürmək istədi
Bakıda dəhşətli qətl: Nəvə nənəsini qətlə yetirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 