Martın 10-da saat 09 radələrində Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən çayxanada xadimə işləyən Baxşiyeva Mahirə Hüseyn qızının üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ONN media Xətai rayon Prokurorluğuna istinadən xəbər verir ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1990-cı il təvəllüdlü Baxşiyev Zamin Afərin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Mahirə Baxşiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zamin Baxşiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmiş, cinayətin predmeti olan bıçaq, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Bakıda çayxanada dəhşətli cinayət - ANASINI ÖLDÜRDÜ



Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
Bakıda qısqanc ərdən DƏHŞƏTLİ ƏMƏL - 29 yaşlı arvadını...
Azərbaycanda daha bir QADIN CİNAYƏTİ - Evin yaxınlığında öldürdülər
Bakıda müəmmalı qətl - GECƏ SAATLARINDA...
Bakıda dəhşətli cinayət - 23 yaşlı gəlinin meyiti tapıldı
Prokurorluq stilistin qətli barədə MƏLUMAT YAYDI
Azərbaycanda gənc qızdan DƏHŞƏTLİ ƏMƏL
Şəmkirdə 83 yaşlı kişi QƏTLƏ YETİRİLDİ
Azərbaycanda qonşular arasında QANLI CİNAYƏT
Bakıda QANLI CİNAYƏT - Başına daşla vurub öldürdülər
Bakıda dəhşətli qətl: Nəvə nənəsini qətlə yetirib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 