“Mən deyəndə ki, biz tarixi ədaləti bərpa edirik – tam haqlıyam. Mən Münxen Təhlükəsizlik Konfransında bütün dünyaya və bu canlı formatda aparılmış diskussiya əsaasında sübut edə bilmişəm ki, bu, bizim tarixi torpağımızdır”. ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib. “19-cu əsrin əvvəllərində imzalanmış Kürəkçay sülh anlaşması haqqında məlumat vermişdim. Dünyada bu anlaşma haqqında, ümumiyyətlə, geniş ictimai fikirdə heç bir məlumat yox idi. Əfsuslar olsun ki, hətta Azərbaycanda bu müqavilə haqqında geniş məlumat yox idi. Kürəkçay sülh müqaviləsini Qarabağ və Şuşa xanı İbrahimxəlil xan imzalamışdı, digər tərəfdən çar Rusiyası generalı imzalamışdı. Bu müqavilə internetdə var, hər kəs baxa bilər. Əminəm ki, mənim bu sözlərimdən sonra indiki döyüş meydanında vəziyyəti maraqla izləyən geniş beynəlxalq auditoriya gedib bu saytlara girəcək, baxacaq görəcək ki, o müqavilədə erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən olan Qarabağda yerləşdirildi. Onlara şərait yaradıldı. Məqsəd də aydın idi: imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və bu məqsədə, əfsuslar olsun ki, çatdılar”, - dövlət başçısı qeyd edib.
Ermənilər məqsədli şəkildə Qarabağa yerləşdirildi - İlham Əliyev



Qərbi Azərbaycan bizim tarixi torpağımızdır- İlham Əliyev
Prezident alman aparıcıya DƏRS KEÇDİ: "Stepanakert bilirsiniz kimin şərəfinə adlandırılıb?"
“Mənim sözüm birdir” - İlham Əliyev
İlham Əliyev: "Sülh müqaviləsini imzalamağa hazırıq"
Bu torpaqlarda öz bayrağımızı sancmışıq və... - Prezident
Prezident İlham Əliyev: "Ermənilər bu ərazidə gəlmə millətdir, köçürülüblər"
Prezident: "Ermənistanla sülh anlaşmasının imzalanması qaçılmazdır"
İlham Əliyev: Həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır
İlham Əliyev: Azərbaycan-Polşa əlaqələri çoxşaxəlidir
İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasının şərtlərini açıqladı
İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə
İlham Əliyev: Biz işğalçını sülhə məcbur edirik
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 