Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq. Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə ordumuzun uğurlu əks-hücum əməliyyatlarından danışarkən bildirib. Erməni xalqının bunu anlamalı olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Erməni xalqı anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
Bu torpaqlarda öz bayrağımızı sancmışıq və... - Prezident



Erməni əsgəri bu torpaqlarda NƏ EDİR? - Moldova KİV
Prezident və xanımı hərbi hospitalda müalicə olunan yaralı hərbçilərlə görüşdü
Erməni xalqı əgər sülh şəraitində yaşamaq istəyirsə... - Prezident
Son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur - İlham Əliyev
“Mənim sözüm birdir” - İlham Əliyev
Prezident Aprel döyüşlərindən, Günnüt əməliyyatından danışdı
Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
“Uğurlu əməliyyatlar davam edir” - POLKOVNİK
Suqovuşanda bayrağımız dalğalanır: Prezident qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir
Döyüşlərdə iştirak edən hərbçilərə BÖYÜK DİQQƏT - Prezident BƏYAN ETDİ
Azərbaycan Prezidenti: Ordumuz üçün nə lazımdırsa, onu edirik və edəcəyik
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 