Sovet vaxtında, münaqişəyə bir neçə il qalmış separatizm meyilləri geniş vüsət almışdı. Halbuki bunun üçün heç bir əsas yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin rəhbər orqanı olan büronun 9 üzvündən 8-i erməni idi, 1-i azərbaycanlı. Dağlıq Qarabağda bütün əsas rəhbər vəzifələrdə ermənilər idi. Nə istəyirdilər? Nə qədər Azərbaycan investisiya qoyub o bölgəyə, 1970-ci illərdə dəmir yolu çəkilib, Sərsəng su anbarı, Madagiz, – indi adını mən bərpa etmişəm, - Suqovuşan su anbarı tikilib. Bütün bunlar Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına edilən investisiyalardır. ONN media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə oktyabrın 26-da xalqa müraciətində bildirib. Dövlətimizin başçısı bu mövzuda söhbətini davam etdirərək deyib ki, ermənilər nankorluq edərək, vəziyyətdən yararlandılar və Moskvada anti-Azərbaycan rəhbərliyinin mövcudluğundan istifadə etdilər. Bölgədə separatizm meyilləri baş qaldırdı. Bundan əvvəl isə ermənilərin hazırlıq işləri gördüyünü diqqətə çatdıran Prezident deyib: “Əsas hazırlıq işlərinin hədəfində Heydər Əliyev dayanmışdı. Çünki yaxşı başa düşürdülər ki, Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar – Azərbaycandan kütləvi surətdə anonim məktublar Moskvaya göndərirdilər və şər-böhtan kampaniyası aparılırdı. O məqsədlə ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş erməni separatçıları baş qaldırıb məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin”. Prezident qeyd edib ki, bizim xalqımızın bəlaları o gündən başladı. Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qopardılması üçün zəmin yaradıldı. “O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar olsun ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını aşağı salaraq Moskvadan nə deyirdilər onu da edirdi. Çünki o vaxt Azərbaycana rəhbərlik edən adamlarda bir qram Azərbaycan qanı yox idi. Azərbaycanlı sayılsalar da, bir qram milli ruh yox idi, kosmopolit insanlar idi, heç Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər. Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Heydər Əliyevin varlığı ermənilərin planlarını alt-üst edirdi - Prezident



Prezident Tərtər və Bərdə rayonlarında səfər etdi
Suqovuşanda bayrağımız dalğalanır: Prezident qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir
İlham Əliyev Suqovuşana və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi
Prezident: "Bu gün bu əraziləri bərpa etməklə biz tarixi ədaləti bərpa edirik"
Sərsəng su anbarına baxış keçirilib
Prezidentdən ermənilərin Qarabağa köçürülməsinə MÜNASİBƏT
Prezident bu yola 17 milyon ayırdı
Prezident Füzulidəki Aşağı Köndələnçay su anbarında (YENİLƏNDİ)
Prezident Talış kəndində və Suqovuşanda bayrağımızı ucaltdı
Ramil Usubovdan Qarabağda yaşayan ermənilərə çağırış
Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya təsdiqləyir- İlham Əliyev
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 