Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Madagizin erməni işğalından azad olunduğunu elan etdi. “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının Tvitter səhifəsində etdiyi bu paylaşımdan bir qədər sonra isə Madagizin tarixi adını bərpa etdiyini bildirdi: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır”. ONN media xəbər verir ki, xalqımız bu tarixi anları yaşamazdan bir qədər əvvəl Ermənistanın baş naziri diaspor təşkilatlarına müraciət edərək çarəsiz halda yardım dilənirdi. Şanlı tariximizə qızıl hərflərlə yazılan bu gün həm də tarixə Paşinyanın məğlubiyyətlərinin etirafı kimi yazılacaq. Ermənistanın baş naziri müraciətində çoxlu sayda qüvvə və hərbi texnika itirdiklərini dilə gətirdi və erməni diasporundan imdad dilədi. Bəli, artıq bütün sahələrdə böyük uğurlara imza atan Silahlı Qüvvələrimiz tarixi ədaləti, öz ərazi bütövlüyümüzü təmin edir. Azərbaycan xalqı qələbələrə sevinir, ermənilər isə məğlubiyyətə düçar olurlar. Bu gün şanlı Ordumuzun düşmənə endirdiyi zərbələrdən qorxuya düşən ermənilər artıq Xankəndidən Yerevana köç edirlər. Bütün cəbhə boyunca ağır itkilər verən düşmən geri çəkilir. Qeyd edək ki, Tərtər rayonunun strateji əhəmiyyətli ərazisi olan Suqovuşan 1994-cü ildə düşmən tərəfindən işğal edilmişdi. Bu ərazinin işğaldan azad olunması ilə Ordumuz mühüm yüksəkliklərə yiyələnmiş oldu. Bu yaşayış məntəqəsi keçmiş Ağdərə rayonu ilə Kəlbəcər rayonu arasındakı şimal yolunun üzərində yerləşir. Buraya yaxın ərazidə ermənilərin əsas hərbi bazalarından biri də yerləşirdi. Suqovuşanın azad edilməsi Ordumuzun əks-hücum əməliyyatlarını daha da genişləndirməyə imkan verəcək.(azərtac)
Suqovuşanda bayrağımız dalğalanır: Prezident qələbəni, Paşinyan isə məğlubiyyəti elan edir



Mehriban Əliyevadan Suqovuşanla bağlı paylaşım
Madagiz işğaldan azad edildi - PREZİDENT
Madagiz düşmən tərəfindən nə vaxt işğal edilmişdi?
Prezident Madagizin azad olunmasına görə onu təbrik etdi
Suqovuşanın azad edilməsindən dörd il ötür
İlham Əliyev: Bu gün Qubadlının tarixində əlamətdar və tarixi bir gündür
Paşinyan ÇARƏSİZ HALDA: qışqırdı, bağırdı, sonra da qaçdı...
Bu torpaqlarda öz bayrağımızı sancmışıq və... - Prezident
Şuşanın işğaldan azad olunmasından 2 il ötür
Bu rayon və çox sayda kənd işğaldan AZAD OLUNDU - İlham Əliyev ELAN ETDİ
Erməni əsgəri bu torpaqlarda NƏ EDİR? - Moldova KİV
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 