İran ilə Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur və bu münasibətlər iki dövlətin imzaladığı müqavilələrdə təsbit olunub. Belə ki, 2002-ci ildə imzalanmış Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında müqaviləyə əsasən, iki dövlət arasında sərhədlər dostluq sərhədləri elan olunur və hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmətə əsaslanır. Bunu Trend-in sorğusuna cavab olaraq İranın Azərbaycan və Ermənistanla dövlət sərhədinə hərbi avadanlıqlar gətirməsi ilə bağlı məlumatı şərh edərkən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. XİN rəsmisi qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və İranla dövlət sərhədimizin tam nəzarətimizə götürülməsi ilə əlaqədar, sərhəd xəttinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarətinə verilməsi ilə əlaqədar tərəfimizdən İran hökuməti məlumatlandırılıb: "Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərlə bağlı fəaliyyətə başlayan sərhəd məntəqələrində də qarşılıqlı etimad əsasında davam etdiriləcək.
Rəsmi Bakıdan İranın sərhədə hərbi texnika cəmləməsinə REAKSİYA



Rəsmi Bakıdan İranla bağlı açıqlama
Azərbaycan və Ermənistan arasında vizasız gediş-gəliş olacaq? - XİN-dən AÇIQLAMA
Vasif Talıbov İrana torpaq satıb?- İDDİALARA CAVAB
SON DƏQİQƏ: İran təyyarəsi sərhəddimiz üzərindən uçdu
Azərbaycan koronavirusla mübarizə üçün İrana 5 milyon dollar yardım göstərəcək
İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir - Hacıyev
Daha bir ölkədən Azərbaycana güclü dəstək - Bəyanat
İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik etdi
Bu deputata töhmət verildi
Azərbaycan XİN-dən Hindistana CAVAB
Leyla Abdullayeva Ermənistanın xarici işlər nazirinə cavab verdi
Zakir Həsənov İran Prezidenti ilə görüşüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 