Noyabrın 7-də Milli Məclisin İntizam komissiyasının iclası olub. Milli Məclisdən verilən məlumata görə, iclasda deputat Bəhruz Məhərrəmov barəsində intizam tədbirinin tətbiq edilməsi məsələsinə baxılıb. Komissiyanın üzvləri qeyd ediblər ki, parlamentin 2020-ci il noyabrın 6-da keçirilən plenar iclasında İran və İranın ali rəhbərinin ünvanına deputat B.Məhərrəmovun səsləndirdiyi fikirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir. Deputat öz çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarını daim nəzərə almalıdır. Komissiyanın üzvləri bildiriblər ki, deputat Bəhruz Məhərrəmovun səsləndirdiyi fikirlər heç bir halda parlamentin mövqeyini ifadə etmir. Onlar əmin olduqlarını bildiriblər ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə heç kəs xələl gətirə bilməz. Müzakirələrin yekunu olaraq, İntizam komissiyası deputat Bəhruz Məhərrəmov barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.



Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlandı
Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq – Katibdən AÇIQLAMA
İntizam komissiyası Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy verdi
Həbs edilən deputata BU QƏDƏR MAAŞ VERİLƏCƏK - RƏSMİ
Gözlənilən gün gəldi- Qərar qüvvəyə mindi
Bu hadisə bizim üçün dərs olacaq - Deputat
Eldəniz Səlimovun polisi döyməsi MM-də müzakirə olunacaq
Vasif Talıbov Milli Məclisin üzvlüyündən çıxarılıb?
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradıldı
Borc içində üzən deputat vəsiqəsi: MM müzakirə edəcək?
Polislərin maaşı 2 dəfə artırılsın - Deputat
Parlamentin buraxılması ilə bağlı qərarı hazırlayan heyət yaradıldı – ADLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 