Ermənistanın şərq və cənub-qərb sərhədlərinin qorunması da Rusiya sərhədçilərinə həvalə edilib. ONN media xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş naziri Nikol Paşinyan təsdiqləyib. O, İspaniyanın EFE agentliyinin əməkdaşı Pablo Qonzalezin Qarabağ istiqamətindəki Ermənistan sərhədində rus sərhədçilərin olmasını təsdiqləyən fotoların sosial şəbəkədə yayılması barədə sualını cavablandırarkən deyib ki, burada yeni heç nə yoxdur: “Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyurlar. Yəni bu, həmişə belə olub. İndi isə son hadisələrlə bağlı Rusiya sərhədçiləri Ermənistanın cənub-şərq və cənub-qərb sərhədlərinə də yerləşdiriliblər. Başqa sözlə, burada yeni xəbər yoxdur”. Qeyd edək ki, Ermənistan uzun illərdir hətta özünün qorumalı olduğu sərhədlərində dayanmağa da əsgər tapmırdı. Buna görə də bir neçə ay öncə Nikol Paşinyanın əmri ilə polislər ayda iki dəfə sərhədə növbəyə göndərilirdi. İndi isə belə məlum olur ki, Qarabağda ağır itkilər verdikdən sonra Ermənistan Baş naziri ölkənin Azərbaycanla (o cümlədən Naxçıman MR ilə) sərhədlərini də Rusiyaya verərək, olan-qalan sərhədçilərini də Qarabağ müharibəsinə cəlb edib. Əlavə edək ki, az öncə Ermənistan Sərhəd Xidməti sərhədçilərin Qarabağ döyüşlərində iştirakını təsdiqləmiş, indiyə qədər 37 sərhədçinin öldürüldüyünü, 4-nün itkin düşdüyünü, 243-nün isə yaralandığını bildirmişdi.(axar.az)
Ermənistan sərhədlərini qorumağa əsgər tapılmadı - RUSLAR GƏLDİ



Rusiya Paşinyanın təklifini cavabsız qoydu
Ermənistanın dayağı Rusiyadır - Paşinyan
Paşinyan Putinə məktub göndərdi
Paşinyan ETİRAF ETDİ: Bir yolumuz var. O da...
Paşinyan bu tarixdə Rusiyaya gedəcək
Paşinyan Mnatsakanyanı geri qaytarır
Azərbaycan və Ermənistan sərhədçiləri arasında insident
Paşinyan: "Ruslar bizim əvəzimizə..."
Ermənistan bu torpaqları Rusiyaya bağışladı
Paşinyandan ETİRAF: Torpaq vermədik, öz sərhədimizə qaytdıq
Rusiya Ermənistan-İran sərhəddində yeni postlar qurur- NƏ BAŞ VERİR?
Paşinyan istefa verib?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 