Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya lideri Vladimir Putinə müraciət edib. ONN media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə 1997-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanan Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişinin ikinci bəndinə əsasən, Ermənistana yardım göstərilməsi ilə bağlı məsləhətləşmələrə dərhal başlamasını xahiş etdiyi bir məktub ünvanlayıb. Ermənistanın baş naziri məktubda Dağlıq Qarabağdakı yeni çağırışlara işarə edərək münaqişə ilə bağlı acınacaqlı vəziyyəti haqqında danışıb. Qeyd edək ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin ikinci maddəsi tərəflərin suverenliyin, ərazi bütövlüyünün qorunması və Rusiya Federasiyası ilə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir-biri ilə sıx qarşılıqlı əlaqədə olacağını ehtiva edir. Tərəflər silahlı hücum təhdidi olduqda birgə müdafiəni təmin etmək və sülhü və qarşılıqlı təhlükəsizliyi qorumaq üçün təcili olaraq öz aralarında məsləhətləşəcəklər. Xatırladaq ki, Vladimir Putin Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək ehtimallarının kökünə “döyüş Ermənistan ərazisində getmir” cümləsi ilə balta vurub.
Paşinyan Putinə məktub göndərdi



Paşinyan Putindən ümidini üzmür - BU DƏFƏ...
Paşinyanın Putinə məktubuna ŞİLLƏ KİMİ CAVAB gəldi
Paşinyan Putinə zəng etdi
Paşinyan yenə Putinə zəng etdi və...
Nikol Paşinyan Putinə yenə zəng etdi
Paşinyan bu dünya liderlərinə təşəkkür etdi
Əliyev, Putin və Paşinyan arasında görüş BAŞA ÇATDI - YENİLƏNDİ
Putin və Paşinyan telefonla danışıb
Putinlə Paşinyan növbəti dəfə danışdı
Paşinyan Putini təbrik etdi
Azərbaycan və Ermənistan arasında ikitərəfli Komissiya yaradılacaq
Putin və Paşinyan telefonla danışacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 