Yanıqlar yüksək tempraturun, alovun habelə müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Yanıqlar patologiyanı törədən xarici amillərin hansı miqyasda və tempraturda olmasından asılı olaraq müxtəlif dərəcələrdə olur. Orqanizmin 10%-i yanmış olarsa bu yanıq xəstəliyi sayılır. Yanıqlar 2 növ olurlar: Termik yanıqlar - işıq şüalanmasının, qaynar suyun, buxarın təsirindən baş verir. Kimyəvi yanıqlar - yandırıcı maddələrin təsirindən əmələ gələn yanıqlar hesab olunur. Kimyəvi yanıqlar daha təhlükəli yanıqlar sayılır. Çünki kimyəvi yanıqlar zamanı dərinin həm səhti, həm də dərialtı birləşdirici toxumalar və əzələlər yanıb dərin yanıqlar törədir. Termiki yanıq baş verən zaman ilk yardım alışmış paltarı söndürmək, bu məqsədlə də adamın üstünə palto, adyal salmaqla alovu söndürmək lazımdır. Sonra bədəni yanan paltardan azad etmək lazımdır. Yanıq yerindəki suluğu qopartmaq, yanıq səthə əllə toxunmaq, yanığa maz, yağ, məlhəm, başqa maddə sürtmək olmaz. Yanıq yerini steril saxlamaq və onunla həkimin göstərişlərinə əsasən davranmaq lazımdır. Əgər yanıq kimyəvi yanıqdırsa bu daha təhlükəlidir. Çünki bu zaman yanıqlar çox dərin olur və dərialtı təbəqə tez nekrozlaşır. Kimyəvi yanıqlar zamanı ilk göstərilən yardım yanıq yerini dərhal 15-20 dəqiqə ərzində axar soyuq suyun altında tutmaqdır. Bundan sonra yanıq yerinə çay sodası səpilir, və ya zəif sirkə məhlulu tökülür.
Yanıqlar və ilk tibbi yardım



Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım
Yanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsulları
Yumurtanın pərdəsi ən çətin yaraları sağaldır
Günvurmadan necə qorunaq? - MƏSLƏHƏTLƏR
Qızılgülün min bir faydası
Bayramda 3 nəfər tonqaldan tullanarkən yandı
10 xəstəliyi bir anda kəsən qızılgülün faydaları
Ermənistan ordusunda hərbiçi dəhşətli formada öldü
Ağdamda partlayış: Yaralılar var
Bu bitki təbii antidepressantdır
Xırdalanda partlayışda yaralananların son durumu necədir?
Qazaxda BƏDBƏXT HADİSƏ: Ana və azyaşlı...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 