Yanıqlar uşaqlar arasında ən yayılmış travma növüdür. ONN media bildirir ki, statistikaya görə, uşaqların aldığı travmalar arasında 70-80% məhz yanıqlardır. Bu səbəbdən hər bir valideyn yanıq zamanı düzgün (!) ilk tibbi yardım göstərməyi bacarmalıdır. Beləliklə, ilk növbədə yanmış sahədən paltarları çıxardın. Əgər paltar yaraya yapışıbsa onu dartmayın, qopartmayın! Sadəcə qalan (yapışmamış) parçanı ehtiyatla kəsin.
Yanmış sahəni axar suyun altında 10-15 dəqiqə saxlamaq lazımdır ki, yanan yerdə hərarət düşsün və yanıq daha dərin qatlara yayılmasın. Həmçinin bu ağrını və yanma hissini azaldır. Su buz kimi olmamalıdır, suyun temperaturu təxminən 15-20 C olmalıdır. Buzdan istifadə etmək olmaz! Yanığa yağ, yumurta ağı, bal və s. bu kimi xalq təbabəti vasitələri sürtməyin! Yaraya spirt, yod, “zelyonka” sürtməyin! Bu vəziyyəti daha da ağırlaşdıracaq! Yanmiş sahəni su ilə soyutduqdan sonra steril sarıq qoyulur. Uşağa ağrıkəsici dərman verin. Bu hərarət salanda istifadə etdiyimiz istənilən preparat (məsələn, ibuprofen, nurofen ola bilər). Həmçinin uşağa antihistamin (allergiya əleyhinə) həb vermək lazımdır. Bu, məsələn, klaritin, fenkarol ola bilər. Uşağı sakitləşdirin, ona su verin. Termik yanıqlar 4 dərəcəli olur: 1-ci dərəcə - qızartı. Belə yanıqlarlar zamanı həkimə müraciət etmək ehtiyac yoxdur. 2-ci dərəcəli yanıqlarda suluqlar əmələ gəlir. Suluqları deşməyin, bu yaraya mikrobun düşməsinə səbəb olacaq. Suluqlar varsa uşağı mütləq həkimə çatdırın. 3-cü və 4-cü dərəcəli yanıqlar zamanı dərı və dərialtı toxumalar yanır. Bu ağır yanıqlardır. Uşaq dərhal vaxt itirmədən xəstəxanaya çatdırılmalıdır!(saglamolun.az)Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım



Yanıqlar və ilk tibbi yardım
Yanmış dəriyə bunu çəkmək olmazmış – İlkin yardım üsulları
Yağ kömək etməyəcək, naşatır ziyan vuracaq - 3 MƏŞHUR MİF
Sumqayıtda ŞOK: yanmış qadın meyiti TAPILDI
Həkimlərdən YODla bağlı xəbərdarlıq - BU HALDA İSTİFADƏ ETMƏYİN!
Dişləri qorumaq üçün bu XƏTALARI etməyin
Uşaqları günvurmadan necə qoruyaq?
Bu məhsullar mütləq yuyulmalıdır! Bir çox qadınlar bunu bilmir
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb?
Dişlərimizə necə qulluq etməliyik?
Son günlər uşaqlar arasında yayılan xəstəlik nədir? - AÇIQLAMA
Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 