Son günlər Covid-19-a yoluxanların sayında artım müşahidə olunur. Bunu nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlərin keçirilməsi davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətindən ONN media -ya verilən məlumata görə, reydlər zamanı yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, müvafiq izahatlar verilir, ilk növbədə ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyəti yoxlanılır və insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır. Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur. Paytaxtda koronavirus əleyhinə rejimin, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcəkdir.
DİQQƏT: Bakıda reydlər keçirilir



BŞİH və paytaxt polisi reydləri daha da gücləndirdi
Bakıda birgə reydlər keçirilir - FOTOLAR
Polis mülki geyimdə avtobuslarda reyd keçirdi - DİN
Məktəblərdə tətilin müddəti uzadıldı
Bakıda bu sürücülər və sərnişinlər yoxlanılır
Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
Bu obyektlərin fəaliyyəti dayandırıldı
Qatarların hərəkətinə qoyulan məhdudiyyətin vaxtı uzadıldı - RƏSMİ
Bakı sakinlərinə MÜHÜM XƏBƏRDARLIQ!
Bakı polisi icazəsiz hərəkət edən şəxsləri saxladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 