Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alınması ciddi narahatçılığa səbəb olub. Bununla əlaqədar paytaxtda vətəndaşların bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtın bütün rayonlarında ictimai nəqliyyat, ticarət obyektlərində və digər qapalı yerlərdə birgə reydlər davam etdirilir.
Reydlər zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin, virusa yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin vəziyyətinin, mövcud obyektlərdə qoruyucu maskalardan istifadənin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə maariflndirmə işləri aparılır və tibbi maskalar paylanılır.
Müəyyən edilib ki, bəzi insanlar arxayınlaşaraq tibbi maskalardan istifadə etmir, ən başlıcası isə onların sağlamlığının qorunmasına xidmət edən vaksinasiya məsələlərinə laqeyd yanaşırlar.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerindəcə aradan qaldırılır, pozuntulara yol verən ayrı-ayrı vətəndaşlar, sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə vətəndaşlara ilk növbədə virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.
Paytaxtda nəqliyyat, ticarət obyektləri və digər qapalı yerlərdə koronavirus əleyhinə qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət və birgə reydlər davam etdiriləcək.



DİQQƏT: Bakıda reydlər keçirilir
Bakı sakinlərinə MÜHÜM XƏBƏRDARLIQ!
Bakıda birgə reydlər keçirilir - FOTOLAR
Sabah küçəyə çıxmayın - Bakı sakinlərinə XƏBƏRDARLIQ
Bu obyektlərin fəaliyyəti dayandırıldı
Bakıda bu sürücülər və sərnişinlər yoxlanılır
Məktəblərdə tətilin müddəti uzadıldı
Çimərlikdə karantin qaydalarını pozdular - CƏZA ALDILAR
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
Ərazini zibilləyən şadlıq evi cərimələndi
Bakı polisi icazəsiz hərəkət edən şəxsləri saxladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 