Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində ermənilərin keçirmək istədikləri yürüş-mitinqinə icazə verilməyib. ONN media xəbər verir ki, “Report”un Ahlen və Hamm şəhər Polis Təşkilatlarından əldə etdikləri məlumata görə, sözügedən şəhərlərdə yaşayan ermənilər noyabrın ikisində yürüş-mitinqi keçirmək üçün şəhər rəhbərliyinə müraciət ediblər. Lakin Ahlen və Hamm şəhərlərinin bələdiyyələri ermənilərin yürüş-mitinqinə icazə verməyib. Əldə etdiyimiz məlumatda deyilir ki, ermənilərin yürüş-mitinqinə icazə verilməməsinin əsas səbəbi onların seçdiyi marşrut olub. Belə ki, onlar şəhər rəhbərliyindən icazə almaq üçün etdikləri müraciətdə qeyd ediblər ki, Ahlen və Hammda toplanış məntəqəsində mitinq keçirdikdən sonra avtomobilləri ilə iki şəhəri birləşdirən yolda avtoyürüş etmək istəyirlər. Hər iki şəhərin rəhbərliyi ermənilərin Hamburqda avtobanın bağlanması və on minlərlə insanın işinə gecikməsi ilə nəticələnən aksiyanı misal çəkərək oxşar yürüşə şəhərlərində icazə vermədiklərini bildiriblər. Məlumat üçün bildirək ki, Ahlen şəhəri əhalisinin sayına görə, Türkiyə vətəndaşlarının ən çox yaşadığı Almaniya şəhəridir.
Almaniyadan Ermənistana ZƏRBƏ - Bunu etmələrinə İCAZƏ VERİLMƏDİ



BŞİH Müsavatın mitinqinə cavab verdi
Milli Şuranın mitinqinə icazə verilmədi
Milli Şuranın 2 mart mitinqinə icazə verilmədi - Rəsmi
Milli Şuranın mitinqinə İCAZƏ VERİLDİ
Kanadada Azərbaycan bayrağı ucaldıldı
İstanbulda Qarabağa dəstək yürüşü keçirildi - VİDEO
Sabah Bakıda yürüş keçiriləcək
İstanbulda 6 ildən sonra İLK - İMAMOĞLUNDAN QƏRAR
ABŞ-da 40 min insan aksiya keçirib- SƏBƏB NƏDİR?
Gürcüstanda yaşayan azərbaycanlılar yürüş keçirdi
Naxçıvanda hərbi yürüş keçirilir
BŞİH Milli Şuranın mitinqinə icazə verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 