Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızin ucaldılması ilə başlayıb.Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.Günün ikinci yarısında isə "Olimpik Plaza" binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb. Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib. Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.
Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.



ABŞ-da erməni terroruna qarşı aksiya keçirildi
Kanadada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirdi
Daha bir ölkədə erməni təxribatına etiraz aksiyası keçirilib
Gürcüstan parlamentinin qarşısında kütləvi aksiya keçirilir
Ermənistanın BMT-dəki səfirliyinin qarşısında aksiya
Həmyerlilərimiz Belçikada erməni təxribatına imkan vermədi
Tiflisdə aksiya keçirildi- NƏ BAŞ VERİR?
Almaniyadan Ermənistana ZƏRBƏ - Bunu etmələrinə İCAZƏ VERİLMƏDİ
İstanbulda Qarabağa dəstək yürüşü keçirildi - VİDEO
DTX “Heydər zirvəsi”nə yürüş təşkil etdi
Tiflisdə yenidən etiraz aksiyası keçirilir
Bakıda Zəfər yürüşü başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 