Müdafiə Sənayesi naziri Mədət Quliyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini qəbul edib. Müdafiə Sənayesi Nazirliyindən ONN media -ya verilən məlumata görə, Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən nazir iki dövlət arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb. Nazir sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə, Bərdə şəhərlərinin, bir sıra kənd və qəsəbələrin, yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində mülki əhalimizə qarşı insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabrda Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, 27, 28 oktyabrda Bərdə şəhərinin raket zərbələrinə məruz qalmasını qeyd edib və bildirib ki, ümumilikdə 91 nəfər dinc sakin həlak olub, 400 vətəndaşımız yaralanıb, minlərlə yaşayış evinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. M.Quliyev səfirin diqqətinə çatdırıb ki, Ermənistanın hücumlarının qarşısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb. Nazir İran dövlətini və xalqını Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə təbrik edib. Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti dövründə Azərbaycan və İran arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Mədət Quliyev İran səfirini qəbul etdi



Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfirilə görüşdü
Ermənilərin Bərdəni ağır artilleriyadan atəşə tutmasından bir il ötür
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
QHT-lər Ermənistanın törətdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Ölənlərin arasında FHN-in əməkdaşı da var
Mədət Quliyev yenidən nazir təyin edildi – Prezidentin QƏRARI
Bərdədəki növbəti terror aktından 2 il ötdü
Mədət Quliyev generala yüksək vəzifə verdi
Mədət Quliyev nazir kimi yeni iş yerində
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Ermənistan yenidən mülki insanları hədəf aldı - ÖLƏNLƏR VAR
Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 