Oktyabrın 22-də Baş prokuror Kamran Əliyev Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb. Baş Prokurorluqdan ONN media -ya verilən məlumata görə, R.Soli Azərbaycanla Tacikistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulayıb ki, ümumilikdə mülki əhalidən 63 nəfər həlak olmuş, onlardan 18-i qadın, 8-i uşaq olmuş, 293 nəfər yaralanmış, onlardan 69-u qadın, 32-i uşaq olmuş, 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Səfir ikitərəfli münasibətlərə toxunaraq Tacikistanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. R.Soli ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən ölkəsinin rəsmi mövqeyini bildirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd etməklə münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən qətiyyətlə pislənildiyini bildirməklə bu hadisələrin rəsmi bəyanatlarında əks olunduğunu xüsusilə vurğulayıb. Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kamran Əliyev Tacikistanın Azərbaycandakı səfirilə görüşdü



Mədət Quliyev İran səfirini qəbul etdi
Tacikistanın Azərbaycandakı səfiri ilə görüş keçirilib
Baş prokuror Gəncə şəhərində səfərdədir
Milli Məclisin Sədri Qazaxıstan səfiri ilə görüşdü
Kamran Əliyev Qaribaşvili ilə görüşdü
Tacikistan Azərbaycana yeni səfir təyin edib
Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Prezident daha bir səfiri qəbul etdi
Sahibə Qafarova Tacikistana rəsmi səfər edib
Ölənlərin arasında FHN-in əməkdaşı da var
Kamran Əliyev Aİ rəsmisi ilə görüşdü
Baş prokuror Cahit Bağçı ilə görüşüb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 