Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibəsində deyib. Müsahibədən Türkiyə ilə bağlı dialoqu təqdim edirik: - Hazırda gəldiyim ölkə - Türkiyə bu hərbi əməliyyatlarda, bu müharibədə Sizin üçün nə dərəcədə əhəmiyyət kəsb edir? Burada türk əsgərləri var idi. Dünən biz onlardan bəziləri ilə söhbət etdik. Onlar Türkiyədən olduqlarını dedilər. – Siz əsgərlərlə danışmısınız? – Bəli. – Döyüş meydanında? – Xeyr, döyüş meydanında yox. – Bəs harada? – Bakı şəhərində. – Onlar burada, Bakıda döyüşürlər? – Xeyr, xeyr. Bununla belə, onlar buradadırlar. – İndi burada alman əsgərləri də ola bilər. – Siz birgə hərbi təlimlər keçirirsiniz... – Bəli, bəli, keçiririk. – Əgər, bu münaqişəyə üçüncü ölkə cəlb olunsa, Siz Türkiyədən kömək gözləyərsiniz? – Biz hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmirik. Hansısa ölkənin cəlb oluna biləcəyini biz görmürük. Çünki bizi əhatə edən ölkələr bizim tərəfdaşlarımız və dostlarımızdır. Biz bilirik ki, ermənilər onların bəzilərini bu döyüşə cəlb etmək istəyirlər, lakin, əminəm, bu, baş verməyəcək. Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır. Türk əsgərlər burada ola bilər, bəli. Ötən il biz 10 birgə hərbi təlim keçirmişik. Lakin bizim başqa ölkələrlə də çoxlu təlimlərimiz olur. Biz NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının bir hissəsiyik. Burada qəribə heç nə yoxdur. Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz. – Türkiyəyə məxsus F-16-lar burada - Azərbaycanda olduğuna görə özünüzü daha təhlükəsiz hiss edirsiniz? – Türkiyənin F-16-ları bura təlimlə bağlı gəlib və ermənilər bizə qarşı hücuma keçdiklərinə görə burada qalıblar. Onlar həmrəylik əlaməti olaraq buradadır. Onlar heç bir döyüşdə iştirak etmir. Onların burada iştirakı planlaşdırılmır.
Prezidentdən türk əsgərlərlə bağlı AÇIQLAMA



Prezidentdən yeni 4 TVİT
İlham Əliyev: "Təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub"
İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsinin - TAM MƏTNİ
İlham Əliyev: "Cənubi Qafqazda 3+3 formatını dəstəkləyirik"
Bu ölkədən Ermənistan ordusuna təchizat göndərilir - Prezidentdən SƏRT AÇIQLAMA
İlham Əliyev: O deməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaq
Biz haqlı olduğumuzu döyüş meydanında sübut edirik - Prezident
Türkiyə nə üçün həmsədr olmasın?! - İlham Əliyev
Rusiyada nə qədər Ukraynalı əsir var?
Kremldən Delyaqinin Azərbaycanla bağlı açıqlamasına - Münasibət
Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Sülhməramlıların Azərbaycanda fəaliyyəti müvəqqətidir - Prezident
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 