“Konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, onlar baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur”. ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində jurnalistin "Siz öz hərbi əməliyyatlarınızı hansı şərtlər daxilində dayandırmağa razı olacaqsınız? Siz dəfələrlə demisiniz ki, Ermənistan tərəfindən konstruktiv yanaşma zəruridir. Konstruktiv yanaşma necə olmalıdır" sualına cavabında deyib. “Prinsip etibarilə bu yanaşmalar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanır, həmin qətnamələr də praktiki olaraq, bunu tələb edir. Lakin Ermənistanın baş naziri deyəndə ki, onlar bircə qarış belə torpağı bizə verməyəcəklər, Ermənistanın müdafiə naziri bəyan edəndə ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə başlayacaq və bizə qarşı təcavüz həyata keçiriləndə, bu, əlbəttə, konstruktiv yanaşma deyil. O deməlidir ki, bəli, işğal edilmiş ərazilər Azərbaycana qaytarılacaq, bəli, azərbaycanlılar Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıdacaqlar, bax, onda biz çox tezliklə razılığa gələrik”, - ölkə başçısı qeyd edib.
İlham Əliyev: O deməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaq



Prezident İtaliyanın Rai-1 televiziyasına müsahibə verdi - YENİLƏNDİ
Prezident baza prinsiplərini açıqladı
Bundan sonra Paşinyandan “Qarabağ Ermənistandır” sözlərini bir daha eşitməyəcəyik
Moskvada qəbul edilmiş bəyanat bizim maraqlarımıza tam cavab verir
ATƏT-də yeni dəyişiklik olmalıdır- Əliyev
Əliyev Paşinyanın cavabını verdi - “Qarabağ Azərbaycandır və..."
İlham Əliyevdən Paşinyana XƏBƏRDARLIQ
Türkiyə nə üçün həmsədr olmasın?! - İlham Əliyev
Bu ölkədən Ermənistan ordusuna təchizat göndərilir - Prezidentdən SƏRT AÇIQLAMA
Gəncəliyev Qarabağ münaqişəsi ilə bağlı araşdırmaya münasibət bildirdi
Prezident alman aparıcıya DƏRS KEÇDİ: "Stepanakert bilirsiniz kimin şərəfinə adlandırılıb?"
"Əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır"- İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 