"Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm. Hər gün özü ilə danışırsınız, ən azı gündə iki dəfə, amma yenə də Sizə salamlarını göndərdi. Prezidentimizin bizə bir tapşırığı var, bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır". ONN media xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Mövlud Çavuşoğlu bildirib: "Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Qarabağ məsələsini, davam edən bu əməliyyatları vətəndaşlarımız çox yaxından izləyir və bizə daim “Azərbaycana daha çox dəstək verin, onu tək qoymayın”, - deyə xəbərdarlıqlar edirlər. “Bizi də cəbhəyə göndərin” deyən çoxları var. Əminəm ki, Sizə yazılan məktublarda da bunlar vardır".
Biz sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik



Akar Bakıya gəlir
İlham Əliyev Çavuşoğlunu qəbul etdi - YENİLƏNDİ
Çavuşoğlu: "Azərbaycan Ordusu türkün gücünü göstərdi"
Çavuşoğlu: "Ermənistanın nə etdiyini hər kəs görür"
Çavuşoğlu Bakıya gəlmə səbəbini AÇIQLADI
Azərbaycan türkün gücünü dünyaya göstərdi - Çavuşoğlu
Çavuşoğlu Qarabağa görə Pakistana təşəkkür etdi
Çavuşoğlu Bakıya gəlir
Can Azərbaycanın dəstəyi bizə güc verir
Çavuşoğlu Rusiyaya getdi
Çavuşoğlu Sani ilə Əfqanıstanı müzakirə etdi
Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 