"Türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim. Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq". ONN media xəbər verir ki, bu sözləri Türkiyənni Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevlə görüşündə deyib. O əlavə edib: "Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik. Bizi qəbul etdiyiniz üçün bir daha təşəkkür edirik. Dostluq qrupumuzun sədri Şamil bəylə birlikdə gəldik. İnşallah, bugünkü toplantılarımız Azərbaycanın torpaqlarının azad edilməsi yolunda xeyirlərə səbəb olacaq. Bir daha təşəkkür edirəm, hörmətli Prezidentim".
Çavuşoğlu Bakıya gəlmə səbəbini AÇIQLADI



Çavuşoğlu: "Ermənistanın nə etdiyini hər kəs görür"
Çavuşoğlu: Dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi mövzusunda səssizdir
Biz sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik
Çavuşoğlu: "Azərbaycan Ordusu türkün gücünü göstərdi"
Mövlud Çavuşoğlu da şəhidlərimizi andı
Çavuşoğludan növbəti Qarabağ açıqlaması: Bu, nəticə vermədi
Azərbaycan “ölüm təmizliyinə” başladı - Türkiyə də hərəkətə keçir
Ermənistanın arxasında kim dayanırsa-dayansın, Azərbaycan qalib gələcək
Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi
Ceyhun Bayramov və Çavuşoğlu telefonla danışıb
Atəşkəs olsun, amma nəticə nə olacaq? - Çavuşoğlu
Azərbaycan türkün gücünü dünyaya göstərdi - Çavuşoğlu
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 