Pəhrizlər sağlamlıq və rifahın açarıdır, lakin bəzi insanlar, məsələn vegetarianlar inanclarına görə müxtəlif qidalardan imtina edirlər və bununla da bədənlərinin qoruyucu qabiliyyətlərini azaldırlar. ONN media xəbər verir ki, bu barədə həkim-epidemioloq Olqa Nenastina “RİA Novosti”yə müsahibəsində danışıb. “Vegetarian olub, eyni zamanda sağlamlığınızı qoruya bilmərsiniz. Anlaşılmalıdır ki, yüksək dərəcəli protein maddələri müntəzəm qəbul etməsəniz, bu, hüceyrələrin məhvinə və orqan disfunksiyalarına səbəb olacaq. Əlbəttə ki, koronavirus da daxil olmaqla müxtəlif xəstəliklərə yoluxma riski əhəmiyyətli dərəcədə artacaq”, - həkim qeyd edib. Epidemioloqun sözlərinə görə, hər hansı ağır pəhriz müxtəlif maddələrin çatışmazlığına səbəb olur. Gündəlik qida rasionunda heyvan mənşəli məhsullar xüsusi yer tutur, çünki bir çoxu insan bədənində sintez olunmayan, amma həqiqətən ehtiyac duyduğu vacib vitamin mənbələri ehtiva edir. Bunlar xüsusən B2 və B12 vitaminləridir - hematopoezdə, sinir və həzm sistemlərinin işində vacib rol oynayır, eyni zamanda dəri və selikli qişaların vəziyyətindən də cavabdehdirlər. Bundan əlavə, özlərini heyvan məhsullarından məhdudlaşdıran insanlarda şəkərli diabet, bronxial astma, artrit və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola biləcək çox doymamış yağ turşularının (PUFA) çatışmazlığı meydana gələ bilər. Terapevt Yelena Tixomirova da bənzər fikri jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, vegetarianlıq COVID-19-a yoluxma riskini artırır, vegetarian “təcrübəsi” uzandıqca immunitet də bir o qədər azalır. Bundan əlavə, vegetarianlıq bir sıra xroniki xəstəliklərə səbəb olur.(publika.az)
Niyə ət yeməyən insanların virusa yoluxma riski yüksəkdir? - Olqa Nenastina AÇIQLADI



Yaşlı insanlar üçün zərərli məhsul açıqlandı
B vitamini az olarsa nə olar?
Qəhvəni necə hazırlamalı? - Vacib nüanslara DİQQƏT
Qəhvəni necə hazırlamalı? - Mütəxəssis vacib nüanslardan danışdı
Vegeterianlar öz qida rasionlarına bunları daxil etməlidirlər
Qaraciyər əslində belə bişirilməlidir – DÜZGÜN QAYDASI
Hepatit B-nin əlamətləri necə olur? - HƏKİM AÇIQLADI
Qaraciyər əslində belə bişirilməlidir – DÜZGÜN QAYDASI
Dərini cavan saxlamağın unikal yolları
Bu pəhriz ölüm riskini azaldır
Bakıda yoluxma niyə sürətlə artır? – Həkim açıqladı
Bu vitamin qaraciyəri öldürür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 