Qaraciyər yeməyi sevənlər çox olsa da, bəzi şəxslər onu xoşlamır. Amma mütəxəssislər qaraciyər yeməyin orqanizmə faydalı olduğunu bildirirlər. ONN media sizə qaraciyərin daha əvvəl bilmədiyiniz faydaları barədə məlumat verir.
Türkiyəli həkim, onkoloq Yavuz Dizdar bununla bağlı bildirir ki, ət yeyilən zaman protein alınır, amma qaraciyəri yedikdə orqanizm protein, vitamin daxil bir çox faydalı maddələrlə qidalanır: “Qaraciyər insan orqanizmi üçün əhəmiyyətli yer tutur. Çünki vitamin, mineral və proteinlər qaraciyərdə yığılır. Onu yedikdə bütün bu faydalı maddələrin hamısını birlikdə və balanslı şəkildə qəbul etmiş olursunuz. Tərkibində həmçinin şəkər və amin turşuları da var. Ağlınıza gələ biləcək hər cür qidalandırıcı maddələrlə zəngindir. Çünki qaraciyər bədənin metobalizma mərkəzidir və içinə vitaminləri yığma xüsusiyyəti var. Bu baxımdan ətdən üstündür”.
Həkim qaraciyərin hansı qaydada bişirilərsə, daha faydalı olmasından da danışıb: “Qaraciyər çox bişirilərsə, qida dəyərini itirər. Xəfif qızardıldığında içərisindəki qida dəyərlərini qoruyur, amma çox qızardıldığında tərkibindəki qidalandırıcı ünsürlərin bir qismi istilik səbəbindən xarab olur. Qaraciyərin bir az çəhrayı qalması vacibdir, ocaqda uzun müddət qalıb tündləşərsə, tərkibindəki faydalı maddələr yox olar. Nazik doğranıb qızardılmalıdır. Quzu ciyəri alıb, nazik şəkildə doğrayıb, unlayıb qısa müddətli qızartmaq həm dadlı, həm də faydalı olar”.



Qaraciyər əslində belə bişirilməlidir – DÜZGÜN QAYDASI
Qaraciyər üçün faydalı olan 5 qida
Qaraciyərin sağlamlığını yaxşılaşdırmaq üçün SADƏ VƏ FAYDALI RESEPT
Qaraciyərin toksinlərlə dolu olduğunu bildirən ƏLAMƏTLƏR
Bu qidalar qara ciyərləri toksinlərdən təmizləyir
Qaraciyər piylənməsi in qarşısını necə almalıyıq?
Qaraciyəri piylənmədən qoruyan məhsul
Qarğıdalını kərə yağı ilə yeyin! Sağlamlığa faydaları
Dərmandan daha yaxşı təsir edən 4 sağlamlıq qaydası
Qaraciyər üçün ən təhlükəsiz spirtli içki açıqlanıb
Qaraciyərdə problemlərin olmasına işarə edən 9 SİMPTOM
Qaraciyərdə problem olduğunu göstərən 6 ƏLAMƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 