Özünü qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti kimi təqdim edən Araik Arutyunyandan bir neçə gündür ki, xəbər yoxdur. ONN media bildirir ki, A. Arutyunyanın yeganə fəaliyyət sahəsi olan Feysbuk hesabı da son günlərdə aktiv deyildi və paylaşımlar edilmirdi. Dünəndən xarici mətbuatda Arutyunyanın Azərbaycan Ordusunun aviassiyası tərəfindən vurulması haqda məlumat yayılıb. Ardınca isə Azərbaycan Müdafiə Nazirliyi düşmənə məxsus hərbi kortejə daxil olan avtomobilin vurulması anının videogörüntülərini yayımladı. Burada Araikin adı çəkilməsə də, kortejdə yüksək rütbəli məmurun olması dəqiqdir. Araik Arutyunyanın məhv edilməsi xəbəri sosial şəbəkələrdə və mediada tirajlansa da, rəsmilər bununla bağlı açıqlama verməyib. Lakin Ermənistan separatçıların müdafiə naziri Cəlal Arutyunyanın ölümünü pərdələdiyi kimi bunu da gizlətməyə çalışır. Bu gün Araik Arutyunyanın adından iki nazirin işdən çıxarılması haqda sərəncam yayılıb. Ermənistan ictimaiyyəti Araikin canlı yayımda müraciət edərək ölmədiyini təsdiqləməsini gözləsə də, bir saat əvvəl Araikin guya öz yaxın adamlarına təlimat və mükafat verdiyi video Feysbuk səhifəsində yayımlanıb. İstifadəçilərin əksəriyyəti videonun köhnə olduğu qənaətinə gəlib. Videoda görünənlər arasında olan Suren Alaverdyan iki gün əvvəl Xocavənd istiqamətində döyüşlərdə məhv edilib. Araik Arutyunyanın Feysbuk səhifəsini bu günədək 7 nəfər idarə edirdi və onların hər biri Qarabağdan olan şəxslər idi. Feysbuk platforması da həmin ərazini qanuni olaraq Azərbaycan torpağı kimi tanıdığı üçün saxta prezidentin səhifəsinin Azərbaycandan idarə olunduğunu göstərirdi. Bu gün isə Araikin hesabının idarəetməsinə daha 4 nəfər qoşulub, onlar isə Ermənistandadır və səhifəni oradan idarə edirlər. Bu da onu deməyə əsas verir ki, zərərsizləşdirilən Araiki “yaşatmaq” üçün erməni adminlər onun səhifəsinə can verməyə çalışırlar.
Araik Arutyunyandan yeni NƏ XƏBƏR?



Bakıda həbsdə olan Araikin adamı da tutuldu: nə planlaşdırıbmış?
Arutyunyan Rusiyada hotel alıb?
Bugün məhv edilən Arutyunyanın maşınından geriyə qalan (FOTO)
Arutyunyan erməni jurnalisti təhdid edir
Araik öz ampluasında: Yeni rəis, yeni direktor...
Xankəndidə vəziyyət qarışdı- NƏ BAŞ VERİR?
Araik Arutyunyana sui-qəsd edildi
Qondarma rejimin "müdafiə nazirinin müavini" öldürüldü - SON DƏQİQƏ
Arayik Arutyunyanın saxlanma anı - FOTO
Arutyunyan "döyüşçüləri" ilə görün hara sığındı...
Arutyunyanın alacağı cəza açıqlandı - Vəkil
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 