Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.
ONN media xəbər verir ki, Gəncə hadisələrindən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev A.Arutunyan barədə bəyanat yaymış və onun cinayətləri haqda kifayət qədər sübutların toplandığını bildirmişdi.
Həmçinin, ona Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıldığı haqda da məlumat vermişdi.
Eyni zamanda, Araik Arutyunyan 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı da etiraf etmişdi.
Məsələ ilə bağlı “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov bildirib ki, Araik Arutyunyan barəsində irəli sürülən ittihamlar təsdiqini taparsa, o, ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılmalıdır:
“Azərbaycan Respublikasının cinayət qanunverciliyinə əsasən, onun təqsiri məhkəmə istintaqında tədqiq olunan dəlillərlə sübuta yetrilməlidir”.
Qeyd edək ki, A.Arutyunyanın hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edir.



Separatçı Arutyunyana bu maddələrlə cinayət işi açıldı
Gəncə terrorundan 3 il ötür
Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
Azərbaycan məhkəməsi 14 erməni hərbçisi barəsində QƏRAR VERDİ
Düşmənin növbəti Gəncə terroru ilə bağlı cinayət işi başlandı
Ermənistan daha bir mülki şəxsi qətlə yetirdi
Gəncəyə atılan 5-ci raket hücumundan 2 il ötür
Ermənistan Xızı və Abşerona uzunmənzilli ballistik raketlər atdı
Düşmən Ağcabədini atəşə tutdu, bir nəfər öldü - RƏSMİ
Ermənistan ordusu daha bir azərbaycanlı ailəni qətlə yetirdi
Erməni təxribatı nəticəsində bir ailənin beş üzvü həlak oldu - RƏSMİ
Düşmən geri çəkildikcə əraziləri minalayır - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 