İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl Malik Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovla görüşüb. ONN media xəbər verir ki, təşkilatın baş ofisində keçirilən görüşdə Baş direktor Ermənistanın işğalı altında olan və hazırda döyüşlərin davam etdiyi Azərbaycan torpaqlarında qədim abidələrin, o cümlədən məscidlərin dağıdılmasından narahatlığını ifadə edib. Vurğulayıb ki, ICESCO dağıdılmış abidələrin bərpası üçün ölkəmizə yardım edəcək, bu sahədə mütəxəssislər üçün təlim kursları təşkil olunacaq. Azərbaycanlı diplomat Azərbaycan Ordusunun işğal altında olan əraziləri azad etməsi, cəbhədə baş verən son hadisələr haqqında Salim Əl Malikə ətraflı məlumat verib. O, ölkəmizin ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirib. Əlavə edib ki, təşkilatın sentyabrın sonunda yaydığı bəyanatda beynəlxalq hüququn normalarına əməl edilməsinin, işğal altındakı ərazilərdə tarixi-mədəni abidələrin əsl sahibi olan Azərbaycanın suveren hüquqlarının bərpasının vacibliyi xüsusilə vurğulanıb. Görüşdə Azərbaycan və ICESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri də müzakirə edilib.(Sputnik Azərbaycan)
ICESCO dağıdılmış abidələrin bərpası üçün ölkəmizə yardım edəcək



ICESCO-nun baş direktoru Bakıya gəlir
İCESCO-nun baş direktoru Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi
ICESCO-nun Baş direktoru Ağdama səfər etdi
XİN daha bir rəsmi məlumat yaydı
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - YENİLƏNİB
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Azərbaycanda ICESCO-nun regional ofisi açılacaq - Anar Kərimov
Şuşa İslam dünyasının paytaxtı olacaq
ICESCO-nun Azərbaycanda regional mərkəzi açılacaq
Mövlud Çavuşoğlu Ermənistana çağırış etdi
Ərdoğan Azərbaycana gələcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 