Dekabrın 24-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Rabat şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ONN media-ya bildirilib ki, imzalanmış Fəaliyyət Planına əsasən Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, İCESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.
Fəaliyyət Planını Azərbaycan tərəfindən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, İCESCO adından isə təşkilatın Baş direktoru Səlim Əl-Malik imzalayıb.
İmzalanma mərasimindən sonra səfir N.Səmədovla S.Əl-Malik arasında görüş keçirilib. Görüşdə İCESCO-nun Azərbaycanla sıx əməkdaşlığından bəhs edilib, həmçinin təşkilat ilə Azərbaycanın Xarici İşlər Nazirliyi, eyni zamanda ölkəmizin Rabatdakı səfirliyi arasında gələcək əməkdaşlıq planlarına dair müzakirələr aparılıb



ICESCO-nun baş direktoru Bakıya gəlir
ICESCO dağıdılmış abidələrin bərpası üçün ölkəmizə yardım edəcək
ICESCO-nun Baş direktoru Ağdama səfər etdi
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan edildi
İCESCO-nun baş direktoru Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycanda ICESCO-nun regional ofisi açılacaq - Anar Kərimov
ICESCO-nun Azərbaycanda regional mərkəzi açılacaq
Bu ölkə nazirləri Bakıya gəlir- Nə baş verir?
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Şuşa İslam dünyasının paytaxtı olacaq
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
Türk şəhərlərinin nümayəndələri Şuşada toplandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 