Nazirlər Kabineti “Tibb müəssisələrinin akkreditasiyası Qaydası” təsdiq edib. ONN media xəbər verir ki, qərara əsasən, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla, tibb müəssisələrinin akkreditasiyasına dair tələbləri üç ay müddətində müəyyən edəcək. Qaydalar əhalinin müayinə və müalicə üçün yüksək keyfiyyətli tibbi xidmət göstərən tibb müəssisələrini seçmək hüququnu təmin etmək məqsədini daşıyır. Akkreditasiya TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçirilir. Komissiyanın tərkibi tabeliyindən asılı olaraq qurumların rəhbərləri tərəfindən təsdiq edilir. Akkreditasiyanın keçirilməsi Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla təsdiq edilmiş normativ aktların tələbləri əsasında həyata keçirilməsi nəzərdə tutulur. Həmin aktların hazırlanması layihənin Qərar hissəsində tapşırılır. Həmçinin layihənin qəbul edilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsinə əsas yaradacaq.
Əli Əsədov bu qaydanı TƏSDİQ ETDİ



Novruz Məmmədov tapşırıq verdi
Pulsuz tibbi xidmət hansı xəstəxanalarda keçərlidir? - SİYAHI
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
Tibb müəssisələri ilə bağlı yeni qayda təsdiqləndi
İcbari tibbi sığorta ilə bağlı YENİ QAYDALAR
Tibbi göndərişlərlə bağlı YENİLİK
Baş nazirdən tibbi xidmətlərlə bağlı MÜHÜM QƏRAR
Tibbi sığortaya nə qədər pul ödəyəcəyik?
İcbari tibbi sığortadan sonra poliklinikalar necə xidmət göstərəcək?
Azərbaycanda bu şəxslər pulsuz xidmətlərdən yararlana bilər - RƏSMİ
TƏBİB-ə yeni səlahiyyət verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 