Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür. ONN media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir. Yekunda Fransanın rəsmi qurumlarına onu da xatırlatmaq istərdim ki, Azərbaycanın tarixi şəhəri olan və Azərbaycan xalqının qəlbində xüsusi yeri olan və işğaldan azad edilmiş Şuşa şəhərinin adı “Şuşi” deyil, Şuşadır", - o deyib.
Fransa açıq-aşkar ermənipərəst siyasət yürüdür - Prezidentin köməkçisi



XİN-dən Fransa əyalətinin qərəzli bəyanatına REAKSİYA
Azərbaycan Sosial Rifah Partiyasından Fransaya SƏRT BƏYANAT
Valeri Pekres Azərbaycanda arzuolunmaz şəxs elan olunacaq
Bu qərar Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç
Akardan Fransaya ŞİLLƏ KİMİ REAKSİYA: indi bəlli oldu ki...
İlham Əliyev bu çıxışı ilə Makronu darmadağın etdi
Minsk qrupunun amerikalı həmsədri Bakıya gəldi
Fransanın XİN-ə rəsmi cavab
SON DƏQİQƏ: Azərbaycan Fransaya nota verdi
SON DƏQİQƏ: Milli Məclis Senata cavab bəyanat QƏBUL ETDİ
Minsk Qrupunu ləğv ediblər - Lavrov
Türkiyədən Fransaya: Azərbaycanın yanındayıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 