Senatın qəbul etdiyi bu layihə mətni siyasət deyil, aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir. ONN media bildirir ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib. Onun sözlərinə görə, dünən axşam Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınmasına dair qəbul edilən qətnamə layihəsi etibarsızdır, adi kağız parçasıdır. Fransa Senatı üçün utancverici qətnamədir: "Qətnamə layihəsinə baxanda Qarabağla bağlı qəbul edilən qərarla Türkiyəyə qarşı da düşmənçilik edildiyini görürük. Qətnamə Fransa Senatının dünyadan xəbərsiz olduğunu, 27 sentyabrdan bəri Qafqazda nə baş verdiyi haqqında məlumatı olmadığını da nümayiş etdirir. Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı birgə Bəyanatdan, Azərbaycanın apardığı Vətən müharibəsindən də xəbərsizdir. Daha da vacibi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında saxlanılan əraziləri və Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi, Fransa dövlətinin imzasının olduğu müvafiq qətnamələrdən də xəbəri yoxdur. Fransa Senatı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın bitərəf və ədalətli olmalı olduğunu unudur. Eləcə də keçən həftə Prezident Emmanuel Makronun “Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir” deyə bildirdiyini də bilmir". Sabiq diplomat deyib ki, bütün bunlar təcavüzkar və işğalçı Ermənistanın Fransadakı davamçısı olan erməni diasporunun və lobisinin Fransa Senatını uşağ bağçasına, oyuncağa çevirdiyini göstərir. Fransa Senatının imici ciddi şəkildə zədələnib: "Senatın qəbul etdiyi bu layihə mətni siyasət deyil, aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir. Əvvəldə də qeyd etdiyim kimi bu sənəd dəyərsizdir, zibilə atılacaq".(publika.az)
Bu qərar Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir - Hulusi Kılıç



Akardan Fransaya ŞİLLƏ KİMİ REAKSİYA: indi bəlli oldu ki...
Azərbaycan XİN Fransa Senatının qətnaməsinə sərt reaksiya verdi
Türkiyədən SƏRT BƏYANAT
Fransa Azərbaycanla bağlı daha bir qətnaməni qəbul edib
8 senator Qarabağla bağlı qətnaməyə verdikləri səsi GERİ GÖTÜRDÜ
Hacıyev: "Bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil"
Fransa Senatında Bakıya dəstək olan yeganə senator DANIŞDI
Azərbaycan XİN: "Qətnamə Fransanın bitərəfliliyini ciddi şübhə altına alır"
Fransa Senatının qətnaməsinin müzakirəsi başladı
Azərbaycan Fransaya NOTA VERDİ
Fransanın diplomatı XİN-ə çağırıldı
SON DƏQİQƏ: Milli Məclis Senata cavab bəyanat QƏBUL ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 