Böyük Britaniya parlamentində Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. ONN media xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını işğal altında olan torpaqlarınızın, xüsusilə də noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin qazandığı Qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mən ölkənizə səfərlərim zamanı məcburi köçkünlərlə görüşlər keçirən bir şəxs kimi Şuşanın azad edilməsinin xalqınız üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı bilirəm. Şuşanın işğaldan azad edilməsinin Azərbaycanın noyabrın 9-da qeyd etdiyi Dövlət Bayrağı Gününə təsadüf etməsi həqiqətən də əlamətdar hadisədir. Mən tam əminəm ki, Sizin rəhbərliyinizlə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin və incəsənətinin beşiyi kimi əvvəlki şöhrətini bərpa edəcək. Biz Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri olaraq tarixi Şuşa şəhərinə səfər etməkdən şərəf hissi duyardıq. Biz, həmçinin üçtərəfli razılaşmaya əsasən Ermənistan silahlı qüvvələrinin Qarabağdan tam və qeyd-şərtsiz çıxarılması barədə bəyanatı da ürəkdən alqışlayırıq. Cənab Prezident, müharibənin fəal fazasında təmkin və qətiyyət nümayiş etdirməyiniz hamı tərəfindən yüksək qiymətləndirilir. Biz Azərbaycanın Böyük Britaniya parlamentindəki dostları olaraq Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyimizi bir daha bəyan edirik. Biz azərbaycanlı məcburi köçkünlərinin öz doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirik".
Bob Bləkmən İlham Əliyevi təbrik etdi



Şuşanın işğaldan azad olunmasından 2 il ötür
Şuşanın azad olunmasından 3 il ötür
İlham Əliyev Koreya Prezidentini təbrik etdi
Kasım-Jomart Tokayev İlham Əliyevə təbrik göndərdi
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub yazdı
Ərdoğan İlham Əliyevi təbrik etdi
İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib
Prezident Aleksandr Lukaşenkoya məktub göndərdi
Abdullah Gül İlham Əliyevi təbrik etdi
İlham Əliyev Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi
Qazaxıstan Prezidenti İlham Əliyevi təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 