Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli Aleksandr Qriqoryeviç. Sizi və Sizin şəxsinizdə bütün qardaş Belarus xalqını milli bayramınız – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl dəyişikliklər və struktur islahatları ölkənizin sosial-iqtisadi inkişafında, vətəndaşların rifahının təmin edilməsində yüksək nəticələr qazanılması üçün etibarlı təməl olub. Azərbaycan və Belarus xalqlarını tarixən formalaşmış dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Sevindirici haldır ki, dövlətlərarası konstruktiv dialoq ildən-ilə daha məzmunlu və dinamik olur. Əminəm ki, ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafı və möhkəmlənməsi, habelə çoxplanlı Azərbaycan-Belarus qarşılıqlı əlaqələrinin sanballı potensialından istifadə edilməsi bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək. Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Belarus Respublikasına isə firavanlıq və əmin-amanlıq arzu edirəm".
Prezident Aleksandr Lukaşenkoya məktub göndərdi



İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
Prezident Aleksandr Lukaşenkoya məktub göndərdi
İlham Əliyev Lukaşenkoya zəng etdi
Lukaşenko İlham Əliyevi təbrik etdi
İlham Əliyev Qırğız Respublikasının Prezidentini təbrik edib
Dünya liderlərinin Prezidentə təbrikləri davam edir
Myanma və Sloveniya liderləri İlham Əliyevi təbrik etdilər
Lukaşenko İlham Əliyevə məktub göndərdi
Dünya liderləri İlham Əliyevi təbrik edir
İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 