Hazırda işğaldan azad edilən ərazilərin boşaldılması ilə əlaqədar Ermənistan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda illərdir aparılan qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin Ermənistana daşınılması faktı aşkarlanıb. Bu barədə ONN media -ya Mədəniyyət Nazirliyindən bildirilib. "UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına əsasən Ermənistan tərəfinin bu əməlləri beynəlxalq hüquqa ziddir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Ermənistanın törətdiyi bu vandalizm əməllərini qəti pisləyir. Ermənistanın uzun illərdir davam etdirdiyi bu əməlləri beynəlxalq hüquqi məsuliyyət yaradır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu məsələləri ciddi nəzarətdə saxladığını bildirir və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatların mütəmadi olaraq məlumatlandırılacağı və bu kimi mənimsəmə faktlarının qarşısının alınması üçün zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcəyini diqqətə çatdırır. Beynəlxalq təşkilatlar, xüsusilə UNESCO tərəfindən bu faktlara hüquqi qiymətin verilməsi tələb olunur. Mədəniyyət Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri daxilində büttün maddi-mədəni nümunələr Azərbaycan dövlətinin mülkiyətidir və mənşəyindən asılı olmayaraq onların ən yüksək səviyyədə qorunması təmin ediləcək", - deyə nazirlikdə bildirilib.
Ağdamdakı mədəniyyət nümunələri Ermənistana daşınıb



Mədəniyyət Nazirliyindən Metropolitan İncəsənət Muzeyinin qərəzli mövqeyinə ETİRAZ
Mədəniyyət Nazirliyi bəyanat yaydı
Mədəniyyət Nazirliyi Ermənistanın oğurladığı xalçalarla bağlı bəyanat yaydı
YUNESKO-da Azərbaycan tərəfindən irəli sürülən qətnamə qəbul edilib
Nazirlikdən Qubadlıdakı məscidlə bağlı BƏYANAT
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçildi
Ermənistanın törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb - Prezidentin köməkçisi
Ermənistan 28 abidəni tamamilə dağıdıb
Laçında qəbirüstü at fiqurları tapılıb
Fikrət Əmirov və Tağıyevin yubileyləri UNESCO-da qeyd ediləcək
Prezident FƏRMAN İMZALADI
Dövlət Xidmətinin regional idarələri yaradılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 