Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb. ONN media xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaq yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair keçirilən brifinq zamanı deyib. Onun sözlərinə görə, erməni tərəfinin mədəni irsin qəsdən məhv edilməsi, qanunsuz məskunlaşma siyasəti beynəlxalq humanitar hüquqa ziddir. Bu qeyri-qanuni əməllər müharibə cinayəti kimi təsnif edilməlidir: “Həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki mineral yataqların tükədilməsi və üçüncü tərəfə satılması Ermənistanın həyata keçirdiyi digər bir cinayətdir. İnfrastrukturun dəyişdirilməsi, işğal olunmuş ərazilərdə turizm obyektlərinin tikilməsi və fəaliyyəti də beynəlxalq hüquqa ziddir. Bütün bu qanunsuz əməlləri törədən hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunmalıdır. Beynəlxalq İnsan Haqları Məhkəməsi və bu kimi digər beynəlxalq məhkəmələrə müraciət edib Ermənistanın siyasi rəhbərliyinin bu qeyri-qanuni əməllərinə görə məsuliyyətə cəlb olunmasını istəmişik. Baş Prokurorluq faktları araşdırır və hər fakt üçün ayrıca cinayət işi açılır”.
Ermənistanın törətdiyi hərbi cinayətlər tam təsbitini tapıb - Prezidentin köməkçisi



Onları Azərbaycana dəvət etmişik - Hikmət Hacıyev
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA
Prezidentin köməkçisi: "Azərbaycan silahlı qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir"
Prezidentin köməkçisi dünyanın aparıcı KİV-ləri üçün brifinq keçirdi
Ermənistan XİN-in bəyanatı tamamilə cəfəngiyyatdır - RƏSMİ BAKI
“Əl-Cəzirə” Füzulidən süjet yayımladı
Hikmət Hacıyevdən SON DƏQİQƏ Ermənistan açıqlaması
Bu videonun saxta olduğu sübut edildi
XİN-dən Ermənistana sərt xəbərdarlıq
“Danışıqlar naminə danışıqlar hər kəsi taqətdən salıb”
Pakistandan Azərbaycana DƏSTƏK
Nazirlikdən işğal olunmuş ərazilərdəki dinc əhaliyə ÇAĞIRIŞ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 