Son günlər Azərbaycan hərbçisinin sosial şəbəkə səhifələrində yayılan fotosu izləyicilərin marağına səbəb olub. Cəlilabad rayonunun Sərhədabad kənd sakini, 1989-cu il təvəllüdlü Allahşükür Qasımov artıq bir neçə ildir Azərbaycan Ordusunda xidmət edir. Daha çox “Paşa” ləqəbi ilə tanınan A.Qasımov uşaqlıqdan həvəskar şəkildə idmanla məşğul olub və bu peşənin sirlərinə yiyələnib. Paşa həqiqi hərbi xidmətini başa vurduqdan sonra idmanla məşğul olmağa davam edib. Yüksək fiziki göstəricilərə malik Paşa bir neçə il mühafizəçi vəzifəsində çalışıb. Sonradan fəaliyyətini yenidən hərbi xidmətdə davam etdirmək niyyətinə düşüb. Buna görə də o, bir neçə il bundan əvvəl müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi (MAXE) Azərbaycan Ordusunun sıralarına yazılıb. Paşa hərbçilər arasında Yunan-Roma güləşi üzrə keçirilən yarışmada ikinci yerə layiq görülüb. Sentyabr ayının 27-dən Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarında iştirak edən Paşa vahiməli cüssəsi ilə düşməni lərzəyə gətirən hərbçilərdən biridir. O, Füzuli, Cəbrayıl və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Hazırda xidmətini davam etdirir.
Döyüşdə erməniləri lərzəyə gətirən azərbaycanlı “Paşa” KİMDİR?



Yeni təyin olunan müavin kimdir?- Dosye
Hərbçimiz şəhid oldu - ACI XƏBƏR
MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu hərbçilərin son yaş həddi artırılır
MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ
Daha bir hərbiçimizin nəşi tapıldı
Faciəvi şəkildə həlak olan hərbiçimizin fotosu
Vətən müharibəsində itkin düşən hərbçimizlə bağlı YENİ XƏBƏR
Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb
Əsgər getmiş şəxsə "paveska" gəldi: Getməsə, cərimələnəcək - FOTO
DSX-nin həlak olan hərbi qulluqçusu dəfn edildi
Hərbçilərlə bağlı vacib təklif
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 