Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan hərbi qulluqçusu dəfn olunub.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Əhmədov Tural Əkrəm oğlunun nəşi doğulduğu Lerik rayonunun Ambu kəndində torpağa tapşırılıb.
Mərasimdə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Vida mərasimi mərhumun evində keçirilib, ailəsinə başsağlığı verilib.
Qeyd edək ki, T.Əhmədov 2000-ci ildə Lerik rayonunun Amdu kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Xidmətini başa vurduqdan sonra orduda müddətdən artıq xidmətə başlayıb. Noyabrın 4-də DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb.
Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.



SON DƏQİQƏ: Hərbçimiz bədbəxt hadisə nəticəsində HƏLAK OLDU
Həlak olan hərbçimiz dəfn olundu
Hərbi qulluqçumuz vəfat etdi
Qəzada həlak olan hərbiçimiz dəfn olundu
DSX-nin əsgəri bədbəxt hadisə nəticəsində öldü
Ötən gün həlak olan hərbiçimiz dəfn edildi
Şuşada şəhid olan əsgərlə vida mərasimi keçirilir
SON DƏQİQƏ: Hərbi qulluqçumuz Zəngilanda MİNAYA DÜŞDÜ
SON DƏQİQƏ: DSX-nın hərbi qulluqçusu intihar edib
Şəhid hərbçimiz dəfn olundu
DSX-nin şəhid hərbi qulluqçusu dəfn edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 