İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
ONN media xəbər verir ki, dəyişikliyə əsasən, məcəlləyə yeni 275.4 və 275.5-ci maddələr əlavə olunur.
Dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək.
Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib.



Azərbaycanda yeni QADAĞA
Bu gündən Azərbaycanda bəzi məhsulların satışı qadağandır
Məcəllədə dəyişiklik edildi: Yeni cərimələr tətbiq ediləcək - MƏBLƏĞLƏR
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi
Bunu edənlər 5 min manat cərimələnəcək
Bu şəxslər 5 min manat cərimələnəcək
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
Maska taxmamağa görə cərimələr artırıldı
Marketdəki bu məhsulların satışı qadağan olundu
Maska taxmayanların cəriməsi nə qədər olacaq?
DİQQƏT- Sabahdan 2 min cərimələnəcəksiniz
Sərt karantin rejiminə əməl etməyənlərin aqibəti NECƏ OLACAQ? – RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 