“Ətraf mühitin mühafizəsi haqqında” qanunun 46-cı maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağandır.
ONN media xəbər verir ki, bu sözləri bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanunun icrası ilə bağlı məsələnin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov deyib.
O qeyd edib ki, qanunun bu tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulur.
Bildirilib ki, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı istehlakçılar tərəfindən məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan qulplu və qulpsuz yüngül çəkili polietilen torbalar istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməli, bu növ məhsulların ayrıca təqdim edildiyi və onların satış qiyməti barədə istehlakçılara əvvəlcədən məlumat verilməlidir. Nəzərə çatdırılıb ki, müvafiq dövlət orqanları qanunvericiliyin tələblərinin icrasına öz səlahiyyətləri çərçivəsində nəzarəti həyata keçirirlər. Bununla yanaşı, qanunun tətbiqi ilə bağlı geniş maarifləndirmə işlərinin aparıldığı da qeyd olunub.



Azərbaycanda yeni QADAĞA
Bu gündən Azərbaycanda bəzi məhsulların satışı qadağandır
Bunu edənlər 5 min manat cərimələnəcək
Polietilen torba və plastik stəkan satanlara AĞIR CƏZA: 4 min manat...
Bu polietilen torbalar alıcılara pulla satılacaq - Baş nazirdən QƏRAR
Polietilen torbaların qiyməti necə hesablanacaq?
DİQQƏT: İyulun 1-dən Azərbaycanda yeni qadağa qüvvəyə minir
Azərbaycanda polietilen torbaların satışı - QADAĞAN EDİLİR
Enerji və suya qənaət ediləcək
Əli Əsədov qərar imzaladı
Bu gündən polietilen paketlər qadağan olunur
İlham Əliyev bu medalın əsasnaməsini qəbul edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 