"Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncama əsasən, yeni yolda layihələndirmə və tikinti işləri eyni anda aparılır”. ONN media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, 101,5 km-lik yol I texniki dərəcəyə uyğun tikilir. Onun eni 40 metr olacaq. Yolda gediş-gəlişli olmaq 4 əsas, 2 isə əlavə, ümumilikdə 6 hərəkət zolağının inşası nəzərdə tutulub. "Qarşıdan qış mövsümü gəlir, iş açıq hava şəraitində işlər aparılır. Gələn il Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun tikintisinin yekunlaşdırılması planlaşdırılır. Yolun bir hissəsini tikib qurtardıqdan sonra nəqliyyat vasitələrinin hərəkətinə imkan yaradılacaq. Yolun tikintisinə həm yerli, həm də xarici mütəxəssislərin, podratçı şirkətlərin cəlb edilməsi nəzərdə tutulur", - o qeyd edib. Xatırladaq ki, sözügedən sərəncamla bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan AAYDA-ya ilkin olaraq 50 milyon manat ayrılıb. Noyabrın 16-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Onlar yeni layihənin icrasının gedişi ilə tanış olublar.
Şuşaya gedən yol BU TARİXDƏ AÇILACAQ



Şuşa şəhərinə çəkilən ikinci yolda işlər sürətləndirilib - RƏSMİ
Şuşaya gedən xidməti yol istifadəyə verildi
Prezident və xanımı Füzulidə
Füzuli-Şuşa avtomobil yolunda 3 kilometrlik tunel olacaq
Füzuli-Şuşa yolunda tunellərin inşasına başlanıldı
İsa bulağına yeni avtomobil yolu çəkiləcək
Şuşaya çəkilən yoldan - FOTOLAR
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir
Kəlbəcərə yol çəkilişi BAŞLANDI
Şuşa yolu bu tarixdə təhvil veriləcək
Laçın yolundan yeni FOTOLAR
Azad edilən ərazilərdə yol tikintisi davam edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 