Biz bu müddətdə iki cəbhədə vuruşmuşuq. Mən buna görə tibb işçilərimizə təşəkkür edirəm. ONN media xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O qeyd edib ki, ölkəmizdə 2000-dən artıq gündəlik yoluxma müşahidə olunur: "Daha əvvəl maksimal rəqəm 600 qeyd olunurdusa, bu gün səhiyyə sistemi yüklənir. Bu müddətdə ölkəmizdə 10-dan çox modul tipli xəstəxanalar açıldı, xarici ölkələrdən qısa və uzun müddətli fəaliyyət göstərən tibb mütəxəssisləri gətirildi. Biz müharibədə vuruşan əsgərlərimizə xidmət göstərməyə davam edirik və buna görə də hər iki cəbhədə mübarizəmiz davam edir. Biz gördük ki, xalqımız istədiyi təqdirdə, birlik ola bilir. Bu gün koronavirusa görə birlik göstərməyin vaxtı gəlib" O qeyd edib ki, yoluxma saylarının artması nəticəsində xəstəxanalarda xəstələrin qospitalizasiyası üçün yer sayında azalma müşahidə olunur: "Daha əvvəl gün ərzində maksimal 5 000 test aparılırdısa, bu gün 13 000-ə çatdırılıb. Lakin paralel olaraq dünyasını dəyişən xəstələrimizin sayı 10-dan 25-ə yüksəlib. Artıq bütün dünyanın gəldiyi nəticəyə görə, virusla mübarizədə karantindən başqa yol yoxdur. Biz bunu Avropa ölkələrində də gördük, hər birində fərqli sərt karantin tədbirləri görülür. Peyvəndin tətbiqinə başlayana qədər başqa yol yoxdur"
Başqa yol yoxdur - TƏBİB-dən XƏBƏRDARLIQ



Koronavirusa yoluxanların sayı açıqlandı
Uzun müddət karantində yaşaya bilmərik, amma insanlar bunu etməsə... - TƏBİB-dən XƏBƏRDARLIQ
Sərt karantinin nəticəsi 10 gündən sonra bilinəcək - TƏBİB
Xəstəliklərin artımı bu il də gözlənilir - Yaqut Qarayeva
TƏBİB-dən bu şəxslərə XƏBƏRDARLIQ
Qadınlar arasında yoluxma daha çoxdur - Yaqut Qarayeva
TƏBİB rəsmisi: Azərbaycanda Hindistan ştammı...
TƏBİB-dən karantinin daha da yumşaldılması ilə bağlı -AÇIQLAMA
TƏBİB -dən ŞOK: Xəstəxanalarda yer qalmayıb
Azərbaycanda koronavirusa yoluxma əmsalı üç dəfədən çox artıb - RƏSMİ
Əhalinin neçə faizi vaksinasiya olunub?
TƏBİB: “Omicrona" yoluxanlarda mədə ağrısı və qusa...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 