Milli Məclisin bu gün keçirilən plenar iclasında Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyə baxılıb. ONN media xəbər verir ki, layihəni deputatlara vitse-spiker Əli Hüseynli təqdim edib. O deyib ki, indiyə qədər Azərbaycanın 10 orden və 64 medalı təsis edilib. Yeni layihədə daha 2 orden və 15 yeni medalın təsis edilməsi təklif olunur. Qeyd edək ki, qanun layihəsində “Zəfər” və “Qarabağ” ordeni təsis edilir. Eləcə də "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları təsis edilir. Xatırladaq ki, bu medal və ordenlər Azərbaycanın işğal olunan ərazilərinin azadlığında iştirak edən hərbi qulluqçulara veriləcək. Qanun layihəsi parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
“Zəfər” və “Qarabağ” ordenləri təsis edildi - İkinci oxunuş



Vətən Müharibəsində fərqlənən hərbçilərə BU ORDEN və MEDALLAR veriləcək
Azərbaycanda "Zəfər" və "Qarabağ" ordenləri kimlərə veriləcək?
Yeni orden və medallarla bağlı layihə təsdiq edildi
Vətən müharibəsində fərqlənən hərbçilər bu medallarla da təltif ediləcəklər - SİYAHI
Bir qrup hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI
Azərbaycanda yeni medal təsis edilir
Onlar “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Deputatlar bu gün 6 məsələni müzakirə edəcək
Bir qrup hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi
Bu hərbçilər “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Bu hərbi qulluqçular Ağdamın azad olunmasına görə təltif edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 