Təhsil Nazirliyinin Kollegiyası “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında dəyişiklik edib. ONN media xəbər verir ki, dəyişikliyə əsasən, tələbələrə akademik məzuniyyətin verilməsi hallarına səfərbərlik üzrə hərbi xidmətə çağırılma da əlavə edilib. Dəyişikliyə əsasən, tələbələr səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək akademik məzuniyyət veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası üzrə kadr hazırlığı aparılmadıqda Təhsil Nazirliyinin razılığı əsasında tələbə həmin müəssisədə digər ixtisas üzrə tələbələr sırasına daxil edilə bilər. O, əvvəllər təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istədikdə, bu Qaydaların 2-ci bölməsinin müvafiq tələbləri gözlənilməklə digər ali təhsil müəssisəsinə köçürülə bilər. Hər iki halda məsələyə müvafiq ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyində baxılır.
Döyüşlərdə iştirak edən bu şəxslərə XOŞ XƏBƏR



Təhsil Nazirliyindən VACİB DƏYİŞİKLİK
Tələbələrin magistratura pilləsində ixtisasını dəyişməsi qadağan edildi - QƏRAR
Tələbələrin təqaüdləri ilə bağlı YENİ QƏRAR
Xaricdə təhsil alan vətəndaşlarla bağlı vacib qərar
Tələbə çağırışçılara möhlət... - Rəsmi açıqlama
Tələbələrə BÖYÜK MÜJDƏ - Təqaüdlər kəskin artırıldı
Tələbə krediti almaq istəyənlərin nəzərinə!
Tələbələr bu hallarda ali məktəbdən xaric edilə bilərlər - YENİ QANUN
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Tələbələrə təqaüd verilməsi qaydası DƏYİŞDİ
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Tələbələrin DİQQƏTİNƏ- Köçürülmə başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 