Məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, “COVİD-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır. DİN-dən ONN media -ya verilən xəbərə görə, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 “COVID-19” xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb. Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyyə olunur. Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
Daxili İşlər Nazirliyindən vətəndaşlara ÇAĞIRIŞ



Polis ictimai yerlərdə 7 koronavirus xəstəsi aşkarladı - CİNAYƏT İŞİ AÇILDI
Azərbaycanda bu şəxslərin küçəyə çıxma icazəsi LƏĞV EDİLİR
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
1360 avtomobil postlardan geri qaytarıldı
SON DƏQİQƏ: Bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
Azərbaycanda koronavirusa yoluxmuş 2 qadın tutuldu - SƏBƏB?
Bakıda koronavirus xəstələri saxlanıldı
Azərbaycanda 30 -dan çox məhkumda koronavirus tapıldı
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Postlardan geri qaytarılan avtomobillərin sayı açıqlandı
İctimai yerlərdə 18 korona xəstəsi aşkarlandı
12 koronavirus xəstəsi saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 