Vətən müharibəsi qəhrəmanlarından biri olan, döyüşlərdə yaralanmış Elçin Səmədova “Gilan Holding” tərəfindən Qəbələdə 3 otaqlı ev hədiyyə olunması barədə sosial şəbəkələrdə məlumat yayılıb.
ONN media xəbər verir ki, şirkət nümayəndəsinin qazini ziyarət edərkən görüntüləri yayılıb. Məlumatı dəqiqləşdirmək üçün holdinqlə əlaqə saxladıq. Şirkətin rəsmisi bildirib ki, bu barədə heç bir açıqlama verə bilməz. O, məlumatı nə təsdiq, nə də təkzib edib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də qazinin ailəsi üçün ev tikməyi öhdəsinə götürüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov paylaşım edib.
F.Talıbov daha sonra qeyd edib ki, qəhrəmanımızın ailəsinin evlə təmin olunmasında sosial tərəfdaşımız “Gilan Holdinq” Şirkətidir: "Ailə yaxın günlərdə evlə təmin olunacaq. Belə ki, Şirkət tərəfindən Elçin Səmədovun ailəsinə Qəbələ şəhərindəki yeni tikilmiş binadan bütün şəraiti olan üçotaqlı mənzil veriləcək.
Korporativ sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara qayğı göstərilməsində, sosial önəm kəsb edən nəcib təşəbbüslərdə həmişə Nazirliklə fəal tərəfdaşlığına görə “Gilan Holdinq”ə təşəkkür edirik!"
Paylaşımda bildirilib ki, nazirliyin əməkdaşları müharibədə çoxsaylı qəlpə yarası almış Elçinlə görüşüb, ailəsinin vəziyyəti, ev şəraiti ilə yerindəcə tanış olublar: "Elçin yaxın günlərdə əməliyyat olunacaq. Qəbələ şəhərində yaşayan ailə dörd nəfərdən (özü, anası, biri məktəbli olan, digər peşə təhsili alan iki qardaşı) ibarətdir. Nazirlik ağır məişət şəraiti olan vaqon evdə yaşayan ailə üçün sosial tərəfdaşların dəstəyi ilə fərdi ev tikilməsini qərara alıb.
Əsgərin anası Şükürova Vüsalə Müzəffər qızının işsiz olduğu nəzərə alınaraq öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin olunub. Ailənin ünvanlı sosial yardım almaq hüququna da baxılacaq.
Elçinin qardaşı peşə təhsilini bitirdikdən sonra onun da işlə təminatına kömək göstəriləcək.(axar.az)



Qazi Elçin Səmədovun ailəsinə ev verildi - FOTOLAR
Nazirlikdən Qarabağ qazisi ilə bağlı NÜMUNƏVİ ADDIM
Pensiyalar nə vaxt ödənəcək?
Daha 20 min şəxsə birdəfəlik ödəniş edildi
Nazirlik qazi Farizlə bağlı AÇIQLAMA YAYDI
Polisin qucaqladığı qazi ilə bağlı xəbər var
Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək
Daha bir qazi ailəsinə dəstək
Nazir bu jurnalistə vəzifə verdi
“Gilan Holding” otellərini karantin zonası üçün ayırdı
Vətəndaşlara pul yardımı ediləcək? - AÇIQLAMA
Nazirlik balansındakı evlər əlillərə niyə verilmir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 