Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin hazırda kirayədə qalan ailəsi üçün sosial tərəfdaşın dəstəyi ilə fərdi yaşayış evi tikilməsini öhdəsinə götürüb. ONN media xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov feysbuk hesabında yazıb. Nazirliyin əməkdaşları ailə ilə görüşərək, yaşayış vəziyyətlərini öyrənib.
Müəyyən olunub ki, şəhidimiz hələ azyaşlı olarkən atası vəfat edib və hazırda ailə yeddi nəfərdən (şəhidin anası Radə Qurbanova, pensiyaçı baba və nənəsi, qardaşı Yusif və Məhəmməd öz ailəsi ilə) ibarətdir. Üç il əvvəl ailənin yaşadığı ev yandığından, Bərdənin Qazıqurdalı kəndində kirayədə yaşayırlar. Ailənin yanmış evinin olduğu torpaq sahəsində Nazirlik sosial tərəfdaşın dəstəyi ilə şəhidimizin ailəsi üçün fərdi ev tikilməsini öhdəsinə götürüb. Xudayarın bacısı ailəlidir və ailənin aztəminatlı olması nəzərə alınaraq ünvanlı sosial yardımı almaları üçün müraciət etmələrinə dəstək göstəriləcək. Şəhidin qardaşlarından biri işləyir. Digər qardaşı Yusif isə artıq özünüməşğulluq proqramına cəlb edilib. Elə bu gün proqram çərçivəsində heyvandarlıq təsərrüfatının yaradılması üçün ona mal və materiallar veriləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların ruhu qarşısında baş əyirik!Şəhid Xudayarın ailəsi üçün ev tikiləcək



Şəhid ailəsi üçün yeni ev tikildi
Nazirlikdən Qarabağ qazisi ilə bağlı NÜMUNƏVİ ADDIM
"Gilan" Holding qazi Elçin Səmədova 3 otaqlı ev verdi - AÇIQLAMA
1700-dək şəxsə təqaüd, pensiya və müavinət təyin edildi - RƏSMİ
Şəhid Asəf Nəsibovun ailəsinə mənzil verildi
Qazi Elçin Səmədovun ailəsinə ev verildi - FOTOLAR
Nazirlik qazi Farizlə bağlı AÇIQLAMA YAYDI
Şəhid ailəsi İcra Hakimiyyətindən narazılıq etdi
1300-dək şəhid ailəsi üzvünə ödənişlər təyin edildi - RƏSMİ
Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Yardımlı RİH şəhid qardaşının narazılığına aydınlıq gətirdi
Daha bir qazi ailəsinə dəstək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 